Suriyada terrorçu qruplaşma lideri öldürülüb
Kateqoriya: Yaxın Şərq
Yayımlama tarixi: 11.11.2015 13:45:04

İslamazeri.az xəbər verir ki, 9 noyabrda Dəməşq yaxınlığında təşkil olunmuş hava hücumu zamanı Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin (CİA) dəstəklədiyi “Əcnaduş-Şam” terror qruplaşmasının lideri Əbu Übeydə ləqəbli terrorçu öldürülüb.
Qeyd edək ki, Əbu Übeydə xarici görünüşcə “Əhraruş-Şam” lideri Zahran Alluşa oxşadığından əvvəlcə məhz onun öldürülməsi haqqında məlumat yayılmışdı. Lakin sonradan dəqiqləşdirilib ki, öldürülən terrorçu lider Alluş yox, ona çox bənzəyən bir başqa terrorçu lider Əbu Übeydədir.
Xatırladaq ki, “Əcnaduş-Şam” terror təşkilatı Suriyada fəaliyyət göstərən və hökumət qüvvələrinə vuruşan “Əhraruş-Şam”, “Nusra Cəbhəsi”, “Cundul-Əqsa”, “Feylaquş-Şam” və digər başqa terror qruplaşmaları ilə birlikdə “Ceyşül-Fəth” terror ittifaqının üzvüdür.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.