haberL haberR

Suriyada vurulmuş vertolyotdakı rusların cəsədləri "Nusra"dadır (Foto-İnfoqrafika)

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 05.08.2016 15:32:55

Terrorçular cəsədləri Livanın "Hizbullah" hərəkatı tərəfindən saxlanılanların və Suriya həbsxanalarında olan məhbusların əvəzində verməyi təklif ediblər.

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Hələbdəki qoşunların komandanlığına yaxın mənbədən bildiriblər ki, Suriyanın İdlib əyalətində "Mi-8" vertolyotu qəzaya uğrayan zaman ölən rus hərbçilərin cəsədləri “Cəbhət Fəth əş-Şam” (keçmiş "Nusra Cəbhəsi") terror qruplaşmasındadır.

Rusiyanın hərbi-nəqliyyat vertolyotu "Mi-8" avqust ayının 1-i İdlib əyalətində vurulub. O Hələb şəhərinə humanitar yardım çatdırdıqdan sonra “Xmeymim” aviabazasına qayıdırdı. Göyərtədə 3 ekipaj üzvü və Suriyada düşmən tərəflərin barışığı üzrə Rusiya mərkəzinin 2 zabiti də var idi.

“Rusların cəsədləri “Cəbhət ən-Nusra”-dadır. Hələ ki, dəqiq bilmirik, 2 ya 3 cəsəd terrorçulardadır.”, – deyə bildirilir.

Mənbənin sözlərinə görə, ölmüş rusların cəsədlərini Səudiyyə Ərəbistanı vətəndaşı olan Muhəmməd Muheysni adlı bir şəxsin başçılıq etdiyi qruplaşma götürüb.

Daha əvvəl KİV-lərdə məlumat yayılmışdı ki, naməlum qruplaşma – “Dustaqların işləri üzrə ümumi fond” (General Foundation for Prisoners' Affairs) bildirib ki, vurulmuş "Mi-8" vertolyotundaki hərçilərin cəsədləri onlardadır.

"Reuters" agentliyinin məlumatına əsasən, terrorçular cəsədləri Livanın "Hizbullah" hərəkatı tərəfindən saxlanılanların və Suriya həbsxanalarında olan məhbusların əvəzində verməyi təklif ediblər. Qruplaşma həmçinin Suriya hökumət qoşunları və onun müttəfiqləri tərəfindən mühasirəyə alınmış ərazilərin mühasirədən çıxarılmasını və bu ərazilərə humanitar yardımın çatdırılmasını tələb ediblər.

Rusiya və Suriya tərəfləri bu haqda hələ rəsmi şərh verməyiblər.

a

 

b

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.