haberL haberR

Suriyadakı əməliyyatda təxminən 350 türkiyəli hərbçi iştirak edir

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 26.08.2016 11:35:20

Təxminən 350 Türkiyə hərbi qulluqçusu Türkiyə SQ-in Suriyanın şimalında keçirdiyi “Fərat Qalxanı” adlı əməliyyatda iştirak edir.

İslamazeri.az-ın "CNN Türk" telekanalına istinadən verdiyi xəbərə əsaəsn, hərbi mənbədən bildiriblər ki, təxminən 350 Türkiyə hərbi qulluqçusu Türkiyə SQ-in Suriyanın şimalında keçirdiyi “Fərat Qalxanı” adlı əməliyyatda iştirak edir.

Qeyd edilir ki, əməliyyatda zirehli tank hissələrindən 200 hərbçi və xüsusi təyinatlı döyüşçülərdən 150 nəfər iştirak edir. Onları 13 F-16 qırıcısı, iki xilasetmə təyyarəsi, bir yanacaqdolduran təyyarə və AWACS uzaq radiolokasiya aşkar etmə sistemi ilə təchiz olunmuş bir təyyarə də iştirak edirlər.

Xatırladaq ki, Türkiyənin hərbi aviasiyası Suriya səmasında ilk dəfə 2015-ci il noyabrın 24-ü – Türkiyə F-16 qırıcısı Suriya üzərində Rusiya Su-24 təyyarəsini vuran zaman peyda olub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.