haberL haberR

Suriyadakı terrorçularla 4 qüvvə mübarizə aparır (Ərazilər)

Kateqoriya: Dünya Yayımlama tarixi: 28.09.2015 12:41:14 8564 dəfə oxunub.

Suriyadakı terrorçu qruplaşmalarla mübarizə edən 4 qüvvə ilə bağlı İran mediasında şok bir xəbər yayılıb

İslamazeri.az-ın “Fars”-a istinadən verdiyi xəbərə əsasən, Suriyada terrorla mübarizə 4 ordu arasında bölüşdürülüb.

 Adının açıqlanmasını istəməyən hərbi mənbənin verdiyi xəbərə görə, Rusiya, Suriya, İran və Lİvan “Hizbullah”-ı Suriya torpaqlarında terrorla mübarizə aparmaq üçün koalisiya təşkil ediblər.

 Bu 4 qüvvənin əməliyyat  qərargahı yaradılıb və müxtəlif cəbhələrdə döyüşmək  üçün planlar cızılıb.

 

 Məlumata görə, şəhər və əyalətlər bu 4 qüvvə arasında bu cür bölüşdürülüb:

 1.Laziqiyyə, Homa və Hələb əyaləti Rusiyanın,

2.Dəməşq, Dəra və Colan bölgəsi İranın,

3. "Nusra" və İŞİD-lə döyüşmək (bütün ərazilərdə) "Hizbullah"ın öhdəsinə tapşırılıb,

4. Suriya ordusu bütün ərazilərdə digər qüvvələrlə birlikdə döyüşür.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.