haberL haberR

Suriyadan Türkiyəyə qeyri-qanuni girmək istəyən amerikalı tutulub

Kateqoriya: Dünya Yayımlama tarixi: 08.08.2016 17:30:28

Tutulmadan bir müddət əvvəl sərhəd yaxınlığında jurnalisti götürməli olan amerikan vertolyotları görünüb.

İslamazeri.az-ın "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə əsasən, Türkiyə hökuməti Hatay əyalətində qeyri-qanuni şəkildə Suriyadan ölkəyə daxil olmaq istəyən ABŞ vətəndaşı Snell Lindstayleri tutub.

“Amerikalı jurnalist sərhədi qeyri-qanuni şəkildə keçmək istəyən zaman tutulub. O məhkəməyə çatdırılıb və nəzarət altında saxlanılıb. Məhkəmə mərhələsi davam etməkdədir. Hazırda biz onun casus olub-olmadığını bilmirik.”, - deyə əyalət qubernatoru Ercan Topaca bildirib.

Onun sözlərinə görə, tutulmadan bir müddət əvvəl sərhəd yaxınlığında jurnalisti götürməli olan amerikan vertolyotları görünüb. Qubernator qeyd edib ki, jurnalistin Türkiyədə yaşamaq icazəsi var. Onun məlumatına əsasən, o Suriyaya Türkiyədən qeyri-qanuni keçib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.