haberL haberR

Suriyanın baş müftisi: "Onlar Allaha nə cavab verəcəklər?!"

Kateqoriya: Dünya Yayımlama tarixi: 19.06.2015 09:50:09

Suriya baş müftisi ərəb və İslam ölkələrinə səsləndi

İslamazeri.az-ın "Ehlader"ə istinadən verdiyi xəbərə görə, Suriya Baş Müftisi Şeyx Əhməd Bedrettin Hassun Suriyanın "Əl-Ahbar" telekanalına müsahibə verərkən Ərəb Birliyi ölkələri və İslam Əməkdaşlıq Təşkilatı üzvlərinə "Allahın razılığı və İslam ümməti üçün nə etdiniz?", - deyə səslənib.

Şeyx Hassun Suriya olaylarına açıqlama verərkən bunları dilə gətirib: "Bəlkə, bəziləri "İslam ümməti nə səbəbə bir-birini öldürür, mallarını qarət edir, hər şeyi yandırıb dağıdır?", -deyə soruşa bilər. Cavabı çox açıq və dəqiqdir. Qabil qardaşı Habilin hörmətini qoruya bilmədi. İçindəki hirs və kinlə qardaşını öldürdü.

Mən suriyalıların öldürülməsindən tam olaraq Amerikanı günahkar bilmirəm. Allah şahiddir ki, bu qədər qarət və ölümün əsl səbəbkarı ərəb dövlət rəhbərləridir. Krallıq tacını və səltənətini qorumaq bahasına öz xalqını və dinlərini satan başçılar, bu qədər ölümə səbəb olan onlardır.

Bu gün Yəməni bombalayan ərəblər Qüdsün azadlığı və Fələstin xalqına yardım üçün tək bir addım belə atmayıblar. Qəzza və Cənubi Livan döyüşü başlayanda "Bunlar macəra axtarır, risk edir", -dedilər. O gün bu sözləri söyləyənlər bu gün necə də cesarətlənib, yəmənli uşaqları öldürəcək ürəyə və gücə sahib olmuşlar!? Uşaq cinayətlərinə səbəb olan silahlar hansı pulla alınır? Əlbəttə, ərəb krallarının neft ticarətindən əldə etdiyi gəlirlərlə!

Ey Ərəb Birliyi ölkələri və İslam Əməkdaşlıq Təşkilatı üzvləri! Bu günə qədər Allahın razılığını əldə etmək üçün İslam ümmətinə hansı sahədə xidmət etdiniz? Günahsız insanların qanı axarkən, qüruru, izzəti və namusu ayaqlar altına atılarkən susduğunuz üçün, uca Allaha hansı üzlə, necə cavab verəcəksiniz?

Suriyada axan qanı dayandırmaq üçün Suriyaya Staffan de Mistura (BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi) deyil, Ərəb rəhbərlər gəlməli idi. Yalnız Suriyaya deyil, Liviya, Yəmən və başqa ölkələrdəki şiddət və ölümlərə son vermək üçün Misturalar deyil, Ərəb idarəçilər səy göstərməli idilər.

Suriya hadisələri ərəb rəhbərlərin öz hərəkətlərindən utanmaq üçün vasitə oldu, əlbəttə, utanacaq üzləri varsa! 2011-ci ildə "Suriyadakı mövcud rəhbərlik devriləcək",- dedilər. 2012-ci ildə "Suriya dağılır",- dedilər. 2013-cü ildə "Dəməşq məğlub oldu",- dedilər. 2014-ci ildə "Xoms şəhəri dövlətin idarəsindən çıxdı",- dedilər. Amma, biz onlara yalnız tək bir söz söyləyirik, "Bura Suriyadır!", "Suriyanın yarısı terrorçuların idarəsindədir"- deyənlərə, "Suriya hökuməti Rəqqa və İdlibdə dövlət dairələrində işləyənlərin maaşını hələ də verməyə davam edir"- deyirik".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.