haberL haberR

Suriyanın BMT-də olan nümayədəsi rəsmi Ankaranın Hələbdə terrorçulara dəstəyindən söz açıb

Kateqoriya: Dünya Yayımlama tarixi: 27.08.2016 10:52:34

"Anbarları silahla dolduran Türk qüvvələri bu anbarları “Ceyşul-Fəth”, “Nusra Cəbhəsi" və “Əhraruş-Şam” terror təşkilatlarına tapşırdılar..."

İslamazeri.az-ın “Presstv”-yə istinadən verdiyi xəbərə əsasən, cümə günü BMT baş katibinə yazılı şəkildə müraciət edən Bəşər Cəfəri bildirib: “Avqust ayının əvvəli Türkiyə qüvvələrinin Suriya torpaqlarına daxil olmasının şahidi olduq. Bu qüvvələr Hələbin şimalında yerləşən Bikə kəndində cəm olaraq, silah anbarları tikməyə başladılar. Anbarları silahla dolduran Türk qüvvələri bu anbarları “Ceyşul-Fəth”, “Nusra Cəbhəsi" və “Əhraruş-Şam” terror təşkilatlarına tapşırdılar. Bundan əlavə Hələbdə olan terrorçulara raket və digər silahlar da göndərdilər. Həmçinin Türkiyədən ölkəmizə terrorçu karvanının daxil olmasının da şahidi olduq. Bizim BMT-dən istəyimiz budur ki, Türkiyəni sərhədlərini bağlamağa və terrorçuları silahla təmin etməməyə məcbur etsin.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.