haberL haberR

Suriyanın Dəra vilayətində növbəti məntəqə azad edildi

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 31.12.2015 12:56:51

Quneytra şəhərinin bir məntəqəsi terrorçulardan azad edildi

İslamazeri.az-ın "Almasdar-news"-a istinadən verdiyi xəbərə görə, Suriya ordusunu "Quneytranın Şahinləri Briqadası" və Suriya ordusunun 90 briqadasının 9-cu zirehli mexaniki diviziyası Quneytra şəhərinin Əl-Səmandaniyə məntəqəsini terrorçulardan təmizləyib.

Suriya ordusu 48 saatlıq şiddətli döyüşlər zamanı “Nusra Cəbhəsi” və “Azad Suriya Ordusu” adlanan terror təşkilatının üzvlərini məhv edib.

Qeyd edək ki, Suriya ordusu ölkənin cənubunda yerləşən Dəra vilayətində uğurla irəliləməyə davm edir. Suriya ordusu İordaniya ilə sərhəd ərazilərə nəzarəti bərpa etmək niyyətindədir. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.