Suriyanın Hələb şəhəri hər iki cəbhə üçün niyə bu qədər önəmlidir?

İslamazeri.az-ın verdiyi xəbərə görə, dünən (şənbə) günün ikinci yarısı Hələbin Əbu Ravil və Bəncər kəndləri terrorçulardan təmizlənib. Terrorçuların yüzlərlə itki verdiyi önə çəkilir. Bir neçə gün öncə terrorçuların ələ keçirdiyi Xalidiyyə kəndi ətrafında isə döyüşlər davam edir...
Niyə Hələb?
İslamazeri.az: Suriyadakı döyüşlər haqqında tez-tez dünya və ölkə mediasında xəbərlər yayımlanır. Ara sıra önəmli döyüşlər xüsusi diqqət çəkirdi. Bəzən Hələb ətrafında döyüşlər haqqında tez-tez xəbərlər diqqət çəkir. Bir çox insanları bir sual düşündürür. Axı Hələb niyə bu qədər önəmlidir? Nədən bu şəhərin əldə saxlanılması və ya ələ keçirilməsi üçün hər iki cəbhə digər ərazilərə nisbətən daha çox cəhd edir?
Suriyada Qüseyr, Yəbrud, Palmira kimi önəmli rola malik bölgələrdən biri də, Hələbdir. Suriyanın qanuni dövlətinə dəstək məqsədilə Qüseyr və Yəbrudda əsas rol Livan Hizbullahına aid idisə, Palmirada Rusiyanın havadan dəstəyi həlledici rola malik olmuşdu. Hələbdə isə fərqli ölkələrdən döyüşçülərin olması diqqət çəkir. Bu haqda bir az sonra aşağıda qeyd edəcəyik.
Türkiyə açıq-aşkar demişdi...
1.Bir neçə gündən sonra baş nazirlik postu ilə vidalaşacaq Əhməd Davudoğlu açıqlamalarının birində "Hələb dirənişi (red: Hələbdəki terrorçu qruplaşmaların Suriya ordusu və müttəfiqlərinə qarşı) Kahramanmaraş və Stalinqrad kimidir" deyərək Hələbin önəmini vurğulamışdı.
Hələb Suriyanın ikinci böyük şəhəridir. Hələbi kim əlində saxlayarsa psixolojik olaraq üstünlük onun tərəfində olacaqdır, siyasi və hərbi üstünlüyü ələ keçirmiş olacaqdır.
2. Suriya ordusunun Hizbullah və Rusiyanın dəstəyilə dörd il mühasirədə olan Nəbbil və əz-Zəhranın azad edilməsilə Hələb ilə Kilis arasındakı əlaqələr kəsilmiş oldu. Və "Nusra", "Əhraruş Şam" kimi qruplaşmalara Türkiyədən hərbi və lojistik dəstək Kilisdən başlayıb, Öncüpinar sərhəd qapısı ilə Azezə, oradan Nəbbil və Hələbə uzanan dəhliz vasitəsilə idarə olunurdusa indi bu fərqli alternativ yollarla; daha çətin vasitələrlə həyata keçirilir.
3. Qruplaşmalarla Türkiyənin əlaqəsinin kəsilməsilə Hələbin kənar səmtlərini əlində tutan qruplaşmalar avtomatik olaraq zəifləmiş oldu. Suriya ordusunun Laziqiyyədən İdlib və Hələb dəhlizinə qədər irəliləyərək qruplaşmaları bir bölgədə sıxışdırılmasını təmin etdi.
Hələbi ələ keçirən ölkənin şimal sahəsinə nəzarət etmiş olacaq.
4. Hələbin terrorçulardan tam təmizlənməsilə digər bölgələrin də surətlə təmizlənməsi reallaşacaq.
5. AKP-nin Suriya siyasəti tamamilədə olmasa 50 faiz fiaskoya uğramış olacaq.
Hələbdə hazırda üz-üzə kimlər var? Hansı ölkədən döyüşçülər döyüşürlər?
Hələbin cənubunda
Suriyadakı hərbi jurnalistlərin məlumatına görə hazırda, Hələbdə cənub cəbhədə bir tərəfdə Suriya Ordusunun xüsusi təyinatlıları, Suriya könüllüləri - SMO, İranın İnqilab Keşikçiləri Korpusunun əsgərləri, İraqın "Hərəkat Ən Nucəbə" və "Bədr briqdası", Livan "Hizbullah"ı, Fələstinin "Əl Qüds" və əfqanların "Fatimiyyun" batalyonunun döyüşçüləri var.
Terrorçular(red: onlarla fərqli-fərqli ölkələrdən terrorçular cəm olub) tərəfdə isə, "Nusra cəbhəsi"(Əl Qaidənin Suriya qolu), "Əhraruş Şam", "Cunda Əl Əqsa" (Əl Qaidəyə bağlı).
Hələbin şimalında
İŞİD Azad Suriya Ordusu və "Şam cəbhəsi"lə döyüşür. Suriya ordusu Hələbin şimalını ələ keçirdikdən sonra cənubu da terrorçulardan təmizləmə əməliyyatına start verəcəyi qeyd edilir.
Ramin Bayramov/ İslamazeri.az
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.