haberL haberR

Suriyanın şimal-şərqində aviabaza İŞİD-dən geri alınıb

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 29.06.2016 13:06:30

Suriyada kürd döyüşçülər İŞİD terrorçularının əlində olan Əbu-Kəmal hərbi aerodromunu geri alıblar.

İslamazeri.az-ın əl-Məyadin telekanalına istinadən verdiyi xəbərə görə, döyüş Əbu-Kəmalın özündə hazırda da davam etməkdədir. Aviabaza İraqla sərhəddə yerləşən Deyr-əz-Zor əyalətində yerləşir.

İŞİD terror təşkilatının mövqeləri bütün cəbhə boyu sıxışdırılır. Hərbi əməliyyatlarda həm havadan Rusiya HKQ tərəfindən dəstəklənən Suriya ordusu, həm də kürd qruplaşmaları iştirak edir. Şiddətli döyüşlər daha çox Hələb rayonunda və İŞİD-in “paytaxtı” Rəqqada gedir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.