haberL haberR

Suriyanın Tartus şəhəri yaxınlığında partlayış baş verdi: Ölənlər var

Kateqoriya: Dünya Yayımlama tarixi: 05.09.2016 11:58:20

Partlayış Arzuna körpüsünün altında baş verib

İslamazeri.az-ın "əl-Məyaden" telekanalına istinadən verdiyi xəbərə əsasən, Suriyanın Tartus şəhərinin girişində baş vermiş ikiqat terror aktında azı 5 nəfər həyatını itirib.

Məlum hadisə dövlət yolunun üzərində yerləşən Arzuna körpüsünn altında baş verib. Bildirilir ki, ilk olaraq partlayıcı ilə dolu avtomobil partlayıb, daha sonra isə üzərində "canlı-bomba" kəməri olan kamikadze özünü partladıb.

Qeyd edək ki, Tartus Suriyanın qərbində yerləşən liman şəhəridir.

Bu gün Dəməşq yaxınlığında yerləşən Sabbura blokpostu və Homs şəhərində də partlayış baş verib. İlk partlayışda azı 3 nəfər həyatını itirib.

Terror atklarının məsuliyyətini hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib. Xatırladaq ki, Suriyada ən fəal terror təşkilatları İŞİD və "Nusra Cəbhəsi"dir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.