haberL haberR

Sürücüləri radara salmaq üçün bunu da etdilər (Video)

Kateqoriya: Maraqlı Yayımlama tarixi: 13.10.2015 12:34:08

Bu barədə sosial şəbəkələrdə maraqlı video yayılıb
Sosial şəbəkələrdə maraqlı video yayılıb. Elçin Əliyev adlı istifadəçi tərəfindən yayılan videoda sürücüləri radara salmaq üçüq qurulan tələnin üstü açılıb. İslamazeri.az xəbər verir ki, avtosfer.az-ın məlumatına görə, bu yol nişanı Bakı-Quba-Rusiya Federasiyası sərhəddi yolunda yeni aşkarlanıb. Yol nişanının unikallığı ondadır ki, bir dirəkdə üst-üstə iki yol nişanı var. Əsl nişanda sürət həddi 110 km/saat göstərilir. Lakin sonradan yararsız bir yol nişanı simlə əsl nişanın üstünə bərkidilib. İşin daha unikal tərəfi budur ki, ikinci nişanda sürət həddi 90 km/saaat göstərilir. Bir qədər irəlidə isə radar var. Görünür, sürücüləri radara salmaq üçün hələ çox yeniliklərin şahidi olacağıq.
 
Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolundakı həmin nişanla bağlı videonu təqdim edərək, sürücüləri ayıq-sayıq olmağa çağırırıq. Ümid edirik ki, Dövlət Yol Polisi bu biabırçılığı aradan qaldıracaq və bu işə qol qoyan məsuliyyətsiz insanlar məsuliyyətə cəlb olunacaqlar.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.