haberL haberR

Sürücülərin diqətinə: Bu yola girməyin

Kateqoriya: Sosial Yayımlama tarixi: 25.03.2016 14:14:32

Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı 26 mart 2016-cı il tarixindən etibarən sözügedən ərazidə tikinti işlərinə start verilir.

İslamazeri.az xəbər verir ki, tikinti işləri "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılır.

"Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib ki, tikinti işlərinə Bilgəh qəsəbəsi, sahilyanı ərazidən Maştağa qəsəbəsi istiqamətinə doğru başlanılır.

Tikinti işlərinin aparıldığı ərazilərdə hissə-hissə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Sürücülərdən tikinti işlərinin başlanmasını nəzərə alaraq öncədən alternativ hərəkət istiqamətləri seçmələri tövsiyə olunur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.