haberL haberR

Sürücülərin nəzərinə: bu yollar bağlanacaq (Siyahı)

Kateqoriya: Sosial Yayımlama tarixi: 19.10.2015 15:45:02

Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib
Yaxın günlərdə Bakı şəhərində müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkəti üçün Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən xüsusi hərəkət zolaqlarının çəkilişi işlərinə başlanılacaq.
 
İslamazeri.az milli.az-a istinadən bildirir ki, bunu milli.az-ın sorğusuna cavab olaraq Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib.
 
A. Nəcəflinin sözlərinə görə, bunun üçün ilkin olaraq 6 avtomobil yolu seçilib: "Bu "Bibiheybət" məscidinin yanındakı yol, Nobel prospekti, Yusif Səfərov, Salatın Əsgərova, Rəşid Behbudov və Əhməd Rəcəbli küçələridir. Hələlik sınaq məqsədi ilə adıçəkilən yollardan 4-də, daha dəqiqi "Bibiheybət" məscidindən Bakı Su İdman Sarayına qədər olan yolda, Yusif Səfərov, Salatın Əsgərova və Rəşid Behbudov küçələrində xüsusi zolaqların çəkilişi aparılacaq. Bu istiqamətdə atılan addımlar özünü doğrultsa, işlərin digər bu kimi küçə və prospektlərdə də aparılması nəzərdə tutulub".
 
Qeyd edək ki, yollarda xüsusi zolaqların olduğu hissədə avtobuslar, təcili tibbi yardım, yanğınsöndürən, polis və qanunvericiliklə müəyyən edilmiş digər operativ nəqliyyat vasitələri hərəkət edə bilərlər. Digər avtomobillər həmin zolaqla hərəkət edərsə, sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar. 
 
Məlumat üçün bildirək ki, Avropa Oyunları zamanı paytaxt yolları xüsusi zolaqla ayrılmışdı, hansı ki zolağın tələbini pozan sürücülər 40 manat məbləğində cərimə edilirdilər .
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.