"Şuşanın işğal günü müharibə başlaya bilər"

Bunu Vesti.az-a müsahibəsində rusiyalı analitik Oleq Kuznetsov deyib.
"Ermənistan rus əsgərlərinin Dağlıq Qarabağda döyüşəcəyini və onların vasitəsilə Gəncə və Bakıya hücum edəcəyini düşünürdü. Daha sonra isə bu əraziləri özünə birləşdirib, iqtisadi problemlərini həll etmək istəyirdi. Bir saniyə belə şübhə etmirəm ki, rəsmi İrəvan yatıb yuxuda görürdü ki, Gümrüdəki 102-ci bazadakı rus qırıcıları Suriyada İŞİD-ə qarşı mübarizədə olduğu kimi, Azərbaycanın mövqelərini bombalayır", - Kuznetsov bildirib.
Analitik növbəti əməliyyatlar üçün uyğun gün də verib:
"Əminəm ki, Azərbaycan ordusu ilk qələbənin dadından sonra da işğal altındakı Dağlıq Qarabağda Ermənistan hərbçilərinə güclü zərbələr endirməyə qadirdir. Növbəti əməliyyatlar üçün gün də verə bilərəm. Şuşanın işğalı gününü separatçılar Dağlıq Qarabağda bayram kimi qeyd edirlər. Bu günlərdə adətən cəbhə xəttində vəziyyət gərginləşir. Düşünürəm ki, bu il də qaçılmaz olacaq. Bu, hərbi əməliyyatlara başlamaq üçün ən uğurlu gündür. Çünki Rusiyada azı 3 gün Qələbə bayramı qeyd olunacaq. Azərbaycan 7-10 may tarixlərində öz ərazilərində istədiyini edə bilər. Bundan sonra isə Moskvanı "sakitləşdirmə" siyasəti başlayacaq".(axar.az)
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.