“Şuşanın işğal gününü ön cəbhədə keçirsək...” - Deputatdan maraqlı təklif

“Şuşanın işğal gününü ön cəbhədəki əsgərlərimizin yanında keçirsək, daha yaxşı olar. Bu ordumuza, əsgərlərimizə böyük ruh yüksəkliyi verər, həm də gözəl bir təşəbbüs olar. Çünki Şuşanın qaytarılmasında son sözü Azərbaycan əsgəri deyəcək”.
Bunu Modern.az saytına açıqlamasında 122 sayli Xankəndi seçki dairəsinin deputatı Flora Qasımova deyib.
Xanım deputat bildirib ki, Şuşanın işğal gününü cəbhə bölgəsində, azad olunmuş təpələrdə qeyd etmək əsgərimizə, ordumuza böyük stimul və ruh yüksəkliyi verər:
“Şuşanın işğal günü Şəhidlər Xiyabanına da getmək və şəhidlərin ruhunu yad etmək də vacibdir. Amma əsgərlərimizi daha da ruhlandırmaq və Şuşanın Azərbaycan xalqı və dövlətimiz üçün nə demək olduğunu bir daha nümayiş etdirmək lazımdır.
İndiki çətin günlərdə Şuşanın işğal gününü ön xətdə, hətta icazə verilsə, işğaldan azad olunan təpələrimizdə qeyd etmək daha böyük bir stimul və addım olar ”.
Flora Qasımova Şuşanın Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb etdiyini bildirib və ötən əsrin 40-cı illərinə ekskurs edib:
“1945-ci ildə ermənilər Stalinə məktub ünvanlayıblar ki, Dağlıq Qarabağda ermənilər çoxluq təşkil etdiyinə görə bu ərazi Ermənistan SSR-ə birləşdirilsin. Azərbaycanın o zamankı rəhbəri Mircəfər Bağırov isə Moskvaya, Mərkəzi Komitəyə bir şərtlə razı ola biləcəyini deyib: Şuşa şəhərindən başqa qalan ərazilər verilə bilər. Onu da deyib ki, həm də gərək Gürcüstanda, Dağıstanda azərbaycanlıların daha çox yaşadığı bölgələr də Azərbaycan SSR-ə birləşdirilsin.
Biz tarixdən də görürük ki, hətta Mircəfər Bağırov da Şuşadan vaz keçmək istəməyib. Buna görə də Dağlıq Qarabağın Ermənistana verilməsinin qarşılığında Mərkəzi Komitəyə daha ağır şərtlər irəli sürüb.
Moskva Bağırovun fikirlərini açıq-aydın bilmək istəyirdi. O zaman Kreml gördü ki, Şuşa Azərbaycan üçün nə deməkdir. Elə buna görə də Kreml ermənilərin Dağlıq Qarabağ istəyini birdəfəlik bağladı”.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.