haberL haberR

Təkfirçilər şiəfobiya üçün 80 milyon ayırıb

Kateqoriya: Dünya Yayımlama tarixi: 25.10.2014 12:22:38

Hizbullah Müqavimət Hərəkatının rəsmisi Seyx Əli Damoş bu fikirləri ilə çıxış edib

Islamazeri.az "Press Tv"-yə istinadən xəbər verir ki, bu sözləri Hizbullah rəsmisi  Seyx Əli Damoş İranın Məşhəd şəhərinin şimalında təşkil olunan toplantıda deyib. O qeyd edib ki, İŞİD əslində müsəlmanlara və Qurana qarşı olan təkfirçi qruplaşmadır. Onlar varvar hərəkətləriylə İslamı dünyaya terror dini kimi göstərmək istəyirlər. Bu yaxınlarda Hizbullah rəhbəri  Seyid Həsən Nəsrullah  bəyan edib ki, Livan müqavimət hərəkatı  təkfirçi qüvvələri məğlub etmək əzmindədir.


Onun sözlərinə görə, müqavimət hərəkatı güclüdür və terrorçulara qarşı mübarizədə qalib olacaq.

Qeyd edək ki, İŞİD terrorçuları hazırda Suriya və İraq  ərazisinin böyük massivlərinə nəzarət edir. Onlar hər iki ölkədə dəhşətli vəhşiliklər törədiblər, o cümlədən yerli sakinləri və  xarici vətəndaşları  kütləvi şəkildə edam ediblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.