haberL haberR
Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

İslamazeri.az-ın apa-ya istinadən verdiyi   məlumata görə, hadisə ötən gün qeydə alınıb.

 

 

Şəki rayon sakini, Gəncə Dövlət Universitetinin 1-ci kurs tələbəsi, 17 yaşlı Orxan Qarayev mübahisə etdiyi tələbə yoldaşı, Ağdaş rayon sakini, 18 yaşlı Toğrul Mirzəyevi bıçaqlayıb. T. Mirzəyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər tələbənin vəziyyətinin ağır olduğu bildiriblər.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.