haberL haberR

Tabutun da "ağıllısı" satışa çıxarılacaq

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 21.10.2015 12:46:04

Tabut, həmçinin rəngi dəyişdirən işıqlandırma ilə təchiz ediləcək

"Perfect Choice Funerals" şirkəti daxili ekran və kolonkalara malik "ağıllı" tabutun konsepsiyasını təqdim edib.

İslamazeri.az ictnews saytına istinadən yazır ki, şirkətin nümayəndəsinin fikrincə," Coffin of the Future" ("Gələcəyin tabutu") yüksəktexnologiyalı dövrə uyğunlaşmalıdır. Tədqiqatın nəticəsinə görə, insanlar çox vaxt dəfndə iştirak edə bilmirlər, ancaq ağıllı tabut konsepsiyası mərhumla virtual vidalaşmağa imkan yaradacaq. Tabutun konsepsiyası dünyasını dəyişmiş şəxsin şəklindən ibarət displey, həmçinin onun sosial şəbəkədəki səhifəsini əks etdirən ekrandan ibarətdir. Bundan başqa, tabut kolonkalarla təchiz ediləcək ki, mərhumun sevimli musiqisini səsləndirə bilər. Tabut, həmçinin rəngi dəyişdirən işıqlandırma ilə təchiz ediləcək.

Bununla belə, "ağıllı" tabutun torpağa basdırılması ilə bağlı məlumat yoxdur. Bu halda ekologiya tərəfdarları bu ideyaya qarşı çıxış edə bilər, çünki texniki içlik, məsələn, displey zərərli maddəyə malikdir və bu, torpağa qarışa bilər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.