haberL haberR

Tacikistanda beş məscidin imamı saxlanıldı

Kateqoriya: Region Yayımlama tarixi: 19.05.2016 22:05:19

Tacikistanın Sughd vilayətinin Kanibadam mahalında ekstremizmi təbliğ etməkdə şübhəli bilinən beş axund yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb
Bu barədə Tacikistanın "Azadi" radiosu hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.
 Saxlanılanlar ölkənin Xücənd şəhərinin həbsxanasına aparılıb. Tutulanların qanunsuz yollarla Suriyaya getmək və "Müsəlan qardaşları" təşkilatına qoşulmağa dəvət etdikləri üçün saxlanılıblar.
 Bu ilin mart ayında Sughd vilayətinin daha altı imamı "Müsəlman qardaşlar"ı ilə əlaqədə olduqları üçün həbs edilmişdir.
 Qeyd edək ki, Tacikistanda "Müsəlman qardaşlar" adlı terror qruplaşması 2006-cı ildən etibarən qara siyahıya salınıb. (Maide.az)
 
 
 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.