haberL haberR

Taekvondo millimiz Avropa çempionatında 6-cı yeri tutub

Kateqoriya: İdman Yayımlama tarixi: 24.05.2016 8:43:37

İsveçrənin Montrö şəhərində keçirilən Avropa çempionatı başa çatıb.

"Report" xəbər verir ki, Azərbaycan yığması komanda hesabında Serbiya ilə 6-cı yeri bölüşüb.

Azərbaycan milli komandası yarışı bir dəst medalla başa vurub. Komandada Milad Beigi Harçeqani (80 kq) qızıl, Patimat Abakarova (53 kq) gümüş, Payam Qubadi Uqaz (87 kq) bürünc medal qazanıb.

Avropa çempionatında birinci yeri Böyük Britaniya, ikinci yeri Türkiyə, üçüncü yeri Rusiya, dördüncü yeri Belçika, beşinci yeri Xorvatiya tutub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.