haberL haberR

Tale Bağırov polis bölməsinə çağırıldı - Yeniləndi

Kateqoriya: Ölkə Yayımlama tarixi: 31.07.2015 18:53:00

Dünən gecə saatlarında azadlığa çıxan ilahiyyatçı polis bölməsinə çağırılıb

Xəbər verdiyimiz kimi “Müsəlman Birliyi Hərəkatı”nın sədri, ilahiyyatçı Tale Bağırov Yasamal Rayon Polis bölməsinə çağrılıb.

İslamazeri.az xəbər verir ki, Tale Bağırovun yaxınları AzadXeber.az-a verdiyi məlumatda bildirir ki, "narahatçılığa heç bir əsas yoxdur. ilahiyyatçının çağrılma səbəbi təhlükəsizlik məsələləri ilə bağlıdır. O artıq bölməni tərk edib".



***
18:18 
“Müsəlman Birliyi Hərəkatı”nın sədri Tale Bağırov Yasamal Rayon Polis bölməsinə çağrılıb.

 

İslaamzeri.az xəbər verir ki, bu barədə Tale Bağırovun yaxınları AzadXeber.az-a məlumat veriblər. Məlumatda deyilir ki, ilahiyyatçı hazırda polis bölməsinə gedir.

 

Qeyd edək ki, Tale Bağırov bu gün gecə saatlarında Qobustan Qapalı Tipli Həbsxanasından azadlığa buraxılıb.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.