haberL haberR

Tale Bağırovun məhkəməsinin vaxtı məlum olub

Kateqoriya: Siyasət Yayımlama tarixi: 02.02.2016 12:07:54

T.Bağırovun vəkili Cavad Cavadov açıqlamasında deyib ki, məhkəmə prosesi fevralın 5-nə təyin edilib.

Barəsində həbs qətimkan tədbiri seçilmiş “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Tale Bağırovun Nəsimi Rayon Məhkəməsinə verdiyi şikayət üzrə məhkəmənin vaxtı məlum olub.

T.Bağırovun vəkili Cavad Cavadov açıqlamasında deyib ki, məhkəmə prosesi fevralın 5-nə təyin edilib.

Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilməli olan prosesin təxirə salınmasına səbəb T.Bağırovun məhkəməyə gətirilməməsi olub. Ona görə də proses qeyri-müəyyən müddətədək təxirə salınmışdı. 

Qeyd edək ki, vəkil C.Cavadov Tale Bağırovla vəkilinin görüşməsinə imkan verilməməsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edilib.

T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib./Report.az/

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.