Tale Bağırovun vəkili Penitensiar Xidmətə müraciət edib
Kateqoriya: İslam
Yayımlama tarixi: 18.04.2015 15:53:52
2862 dəfə oxunub.

Bu barədə İslamazeri.az-a ilahiyyatçının vəkili Cavad Cavadov məlumat verib. O bildirib ki, müraciətə səbəb isə ilahiyyatçının hazırda apellyasiya məhkəməsi davam etdiyi bir vaxtda Qobustanda saxlanılmasının qanunsuz olmasıdır.
Müraciətdə qeyd olunub : “Hörmətli Mədət müəllim. Hüquqlarını müdafiə etdiyim Bağırov Tale Kamil oğlu Qaradağ rayon Məhkəməsinin 28 noyabr 2014-cü il tarixli qərarı ilə saxlanıldığı 12 saylı Cəza Çəkmə Müəssisəsindən cəzasının sonunadək həbsxanaya keçirilmişdir. Həmin qərardan verdiyimiz apellyasiya şikayəti məhkəmənin 16 mart 2015-ci il tarixli qərarı ilə bərpa olunaraq (şikayət vaxtında verilmiş hesab edilərək) baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hal hazırda apellyasiya baxışı davam edir. Bu gün Tale Bağırov Həbsxana tipli Qobustan cəzaçəkmə müəssisəsində qanuni qüvvəsini almamış qərar üzrə saxlanılır və onün hüquqları pozulmaqda davam edir. Sizdən xahiş edirəm bu qanun pozuntusunun aradan qaldırılması üçün müvafiq göstərişlər verəsiniz”.
Xatırladaq ki, Hacı Tale Bağırov 2013-cü il martın 31-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. İlahiyyatçı hakimiyyət əleyhinə sərt tənqidi çıxışlar etdiyinə görə Sabunçu rayon məhkəməsi tərəfindən 2 il müddətinə həbs olunub. Belə ki, ilk iki gün onun həbs olunması və harda saxlanılması ilə bağlı məlumat almaq mümkün olmasa da, sonradan ilahiyyatçının həbsi ilə bağlı rəsmi məlumat verilib.
Qeyd edək ki, 2014-cü il avqustun 18-də Tale Bağırovun kamerasından tapılan mobil telefonla bağlı baş tutan məhkəmə prosesində ilahiyyatçının cəza müddəti 4 ay artırılıb.
Onu da xatırladaq ki, ruhani həbsindən öncə həbslə hədələndiyini, həmçinin bütün ittihamların şər-böhtan olduğunu önə çəkərək həbsinin hakimiyyəti tənqid etməsilə əlaqələndirib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.