Tale Bağırzadənin ev dustaqlığına buraxılması üçün vəsatət qaldırılıb

Mayın 11-də Nəsimi Məhkəməsi “Müsəlman Birliyi” Hərəkatı-nın rəhbəri ilahiyyatçı Tale Bağırzadənin ev dustaqlığına buraxılması barədə vəsatətə baxıb. İlahiyyatçının özü də prosesdə iştirak edib.
Bu barədə Azadlıq Radiosuna vəkil Cavad Cavadov məlumat verib.
Onun deməsinə görə, prosesdə vəsatəti müdafiə ediblər.
Onlar T. Bağırzadənin ev dustaqlığına buraxılması üçün əsasların olduğunu bildirərək vəsatətin təmin olunmasını xahiş ediblər.
Vəkil qeyd edib ki, Tale Bağırzadə isə həbsdə də özünü azad hiss etdiyini bildirib.
“Bizim mübarizəmizin əsas məqsədi ölkədə demokratiyanın, insan hüquq və azadlıqlarının bərqərar olması, insanların azad-firəvan yaşamasını təmin etməkdir. İstəyirik ki, heç kəs düşüncəsinə, sərbəst, dinc toplaşmaq azadlığından istifadəyə və ifadə etdiyi fikirlərə görə təqib olunmasın” - deyə Cavad Cavadovun bildirməsinə görə, Tale Bağırzadə məhkəmədə qeyd edib.
Nəsimi Məhkəməsinin hakimi Şəlalə Həsənova vəsatətin əsaslı olmadığı qənaətinə gələrək T.Bağırzadə barəsində seçilən həbs qətimkan tədbirini ev dustaqlığına dəyişdirməkdən imtina edib.
Cavad Cavadov deyir ki, bu qərar qanunsuzdur, ondan apellyasiya şikayəti verəcəklər.
Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda polis əməliyyatı zamanı tutulub. İlahiyyatçıya qarşı CM-nin 15-dən artıq maddəsi ilə ittiham irəli sürülüb. İttihamlarda terrorçuluq, qəsdən adam öldürmək, iğtişaşlar salmaq və başqa bu kimi əməllər sadalanır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.