haberL haberR

Tale Bağırzadənin tutulma səbəblərinə aydınlıq gətirildi

Kateqoriya: İslam Yayımlama tarixi: 25.09.2015 18:35:08

Bu barədə onun yaxınları nəlumat verib

"Müsəlman Birliyi Hərəkatı"nın sədri, ilahiyyatçı Tale bağırzadə bir neçə dəqiqə öncə saxlanıldığı Yevlax Rayon Polis idarəsindən sərbəst buraxılıb. İslamazeri.az-ın verdiyi xəbərə görə, cümə namazını qılmaq üçün yerli məscidlərdən birinə getdiyini deyib.

Bu zaman silahlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. Tale Bağırzadə bir anda məscidin mühasirəyə alındığını və polisin onu axtardığını bildirib.

İlahiyyatçı önə çıxaraq özünü təqdim edib və bundan sonra əli silahlı orqan işçiləri tərəfindən bölməyə aparılıb. İdarədə bildiriblər ki, Daxili İşlər Nazirliyinin “102” qaynar xəttindən onlara zəng gəlib və ilahiyyatçının dövlət əleyhinə çıxış edəcəyi haqda məlumat verilib. 

Lakin  3 saata yaxın bölmədə saxlanılan Tale Bağırzadəyə qarşı heç bir əsaslı dəlil olmadığından o sərbəst buraxılıb. İlahiyyatçı baş verən hadisədən inanclıların narahatlıq keçirdiyini deyib: "Çağırılmağın qaydası var, heç bir cinayət törətməyən şəxsi silah-sursatla bölməyə aparmaq qanuna sığmır. İnanclı insanlar buna öz etirazlarını bildirdilər". (azadxeber)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.