haberL haberR

Taleh Bağırzadə onların terrorçu adlandırmasına etiraz edib

Kateqoriya: Ölkə Yayımlama tarixi: 10.08.2016 17:15:38

"Nardaran işi" üzrə təqsirləndirilənlər televiziyalarda terrorçu adlandırılmalarına etiraz ediblər

Avqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə "Nardaran işi" üzrə növbəti məhkəmə prosesi keçirilir.

Prosesdə "Müsəlman Birliyi" hərəkatının sədri Taleh Bağırzadə çıxış edib.
O, televiziyaların Nardaran hadisələrinə görə saxlanılan şəxsləri terrorçu adlandırmasına etiraz edib. T.Bağırzadə bunun sifarişlə olduğunu deyib: "Bizi terrorçu, kəşfiyyatçı kimi qələmə verirlər. Mən İranda və İraqda təhsil almışam və bu səhifələr elə ağdır ki, heç nə tapa bilməzsiniz. Hamı görür ki, bizim günahımız yoxdur".

Hərəkat sədri demokratik quruluş üçün mübarizə apardıqlarını bildirib.

İclasda təqsirləndirilən şəxslərdən Etibar İsmayılov və Bəhruz Əsgərov ifadə verib. Onlar istintaq zamanı işgəncəyə məruz qaldıqlarını deyiblər.

Proses fasilədən sonra davam edəcək.

T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.

2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırzadə da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb.

2015-ci il dekabrın 8-də AXCP sədrinin müavini F. Qəhrəmanlı da həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.(meydan.tv)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.