haberL haberR

Taleh Bağırzadəyə qarşı qətl ittihamı irəli sürülüb

Kateqoriya: Ölkə Yayımlama tarixi: 19.05.2016 16:16:27

“Müsəlman Birliyi Hərəkatı"nın həbsdə olan rəhbəri Tale Bağırzadəyə yeni ittihamlar elan edilib.

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, bunlar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) maddələridir.

Bundan əvvəl T. Bağırzadə 214.2.1-ci (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 220.2-ci (Kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda), 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 283.2.3-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə), 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham olunurdu.

C.Cavadov bildirib ki, yaxın vaxtlarda iş marerialları ilə yenidən tanış olmağa başlayacaqlar.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı Tale Bağırzadə başda olmaqla, hərəkatın 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ötən ayın 7-də Nəsimi Rayon Məhkəməsində T.Bağırzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Məhkəmə qərarından narazı qalan “Müsəlman Birliyi Hərəkatı”nın sədri apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi T.Bağırzadənin apellyasiya şikayətini təmin etməyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.