haberL haberR

Taliban 3 gün ərzində yeni lider seçə bilər

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 24.05.2016 14:36:41

“Taliban” terror təşkilatı, qruplaşmanın yeni liderini üç gün ərzində seçə bilər.

İslamazeri.az-ın Rus mediasına istinadən verdiyi xəbərə görə, artıq “Taliban” şuranın yeni iclasını toplayıb. Media terrorçuların başçısı vəzifəsi üçün irəli sürülmüş namizədlərin adlarını açıqlamayıb, həmçinin terrorçuların toplaşacağı yer və zaman haqda da məlumat yoxdur.

Keçmiş lider Əxtar Mənsurun seçildiyi şuranın əvvəlki iclası, Pakistanın Kvetta şəhəri yaxınlığında baş verib. KİV dəfələrlə məlumat yayıb ki, “Taliban”-ın mərkəzi orqanları məhz bu ərazidə fəaliyyət göstərir.

Xatırladaq ki, ABŞ Əxtar Mənsur mayın 21-i amerikan pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürüldüyünü yaysa da, Pakistan dövlət rəsmiləri terrorçunun bir müddət öncə ordu qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı öldürüldüyünü önə çəkir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.