Taliban digər ölkələrə hücum etməyəcəyini açıqladı
Kateqoriya: Yaxın Şərq
Yayımlama tarixi: 20.07.2016 20:50:07

Islamazeri.az-ın RİA agentliyinə istinadən verdiyi xəbərə əsasən, Əfqanıstan “Taliban” terror təşkilatı Mərkəzi Asiya ölkələrinə müraciət göndərib. Müraciətdə, terrorçular MDB ölkələrinin daxili işlərinə qarımayacaqlarına dair söz veriblər. Khaama Press agentliyi bu haqda bildirib. Region ölkələri liderlərinin taliblərdən gələn mümkün təhlükə barədə etdikləri bəyanatların fonunda, qruplaşma liderləri yerli əhalini inandırıblar ki, postsovet məkanı respublikaları onları maraqlandırmır.
Müraciətdə deyilir ki, “Taliban”, hər şeydən öncə, qonşu ölkələr ilə münasibətdə “digərlərinə zərər vermə, lakin özünə də zərər verilməsinə icazə vermə” prinsipini rəhbər tutublar.
“Bu şəkildə, bəyan edilmiş siyasətə uyğun olaraq, taliblərin Əfqanıstandaki İslam əmirliyi Mərkəzi Asiya və bütün öz qonşularını inandırmaq istərdi ki, düşmən təbliğatına əks olaraq Əmirlik digər ölkələrin daxili işlərinə qarışmağa can atmır və nəzarət altındakı ərazini kimlərəsə qarşı istifadə etməyə də icazə verməyəcək. Biz digər ölkələrlə qarşılıqlı anlayış atmosferi içərisində yaşamağa can atırıq.”, – deyə terror qruplaşmasının müraciətində deyilir.
Xatırladaq ki, “Taliban” qruplaşması 1994-cü ildə yaradılıb, lakin təşkilatı öz haqda tam şəkildə iki il sonra – taliblər vətəndaş müharibəsi zamanı hakimiyyətə gələn zaman elan edib. Taliblər 5 il ayaqda qalmış islam Əmirliyi elan etmişdilər. 2001-ci ildə ABŞ 11 sentyabr hadisəsini bəhanə kimi istifadə edərək, Əfqanıstana Taliban qruplaşmasını devirmək üçün soxuldu. Nəticədə taliblər geri çəkilmək məcbruyyətində qalmışdı, Əfanıstan isə əvəzində bir işğalçı qüvvənin əlindən digərinin - ABŞ-ın simasında yeni işğalçı qüvvənin əlinə keçdi.
Son zamanlar əfqan münaqişəsinə həmçinin İŞİD terror təşkilatı da qoşulub. İŞİD ölkənin şərqində yerləşən bir neçə rayona nəzarət edir. Qeyd edək ki, bu günlərdə taliblərin mövqeləri ölkənin cənub və qismən də qərbində kifayət qədər güclüdür.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.