haberL haberR

“Taliban” Əfqanıstanda strateji ərazini ələ keçirdi

Kateqoriya: Dünya Yayımlama tarixi: 21.12.2015 14:32:43

Əfqanıstanın Gilmənd vilayətində strateji məntəqə terrorçuların əlinə keçdi

İslamazeri.az-ın Əfqanıstan mətbuatına istinadən verdiyi xəbərə görə,  ötən gecə “Taliban” terror təşkilatının  üzvləri Gilmənd vilayətinin strateji əhəmiyyətə malik olan Sanqin rayonunu ələ keçiriblər. Əfqan ordusu və təhlükəsizlik qüvvələri ilə bir neçə gün ardıcıl qızğın döyüşlərdən sonra “Taliban” terrorçuları Sanqin rayonuna daxil olaraq dövlət binalarını öz nəzarətlərinə keçiriblər. Əfqan ordusunun silah-sursat və havadan dəstəyə ciddi ehtiyaclarının olduğu bildirlir.

Bu gün səhər saatlarında Əfqanıstanın baş naziri Abdullah Abdullah Əfqan təhlükəsizlik qüvvələrinin iştirakı ilə Gilmən vilayətində baş verən son hadisələrə dair fövqəladə iclas keçirib. Abdullah Abdulah bəyan  edib ki, dövlət terrorçularının hücumunu dəf etmək üçün zəruri olan bütün işləri görəcək .

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.