“Taliban” Gilmənd vilayətində 11 nəfəri öldürüb

İslamazeri.az-ın Əfqan mediasına istinadən verdiyi xəbərə görə, “Taliban” terrorçuları Gilmənd vilayətində dövlət binalarına hücum edib.
Yerli mənbələrin verdiyi məlumata görə, hadisə Gilmənd vilayətinin Musa-Qala şəhərində baş verib. Dövlət binalarına hücum edən “Taliban” terrorçuları polis və əsgər daxil olmaqla 11 nəfəri qətlə yetirib.
“Khama Press” agentliyinin verdiyi xəbərə görə, “Taliban” terrorçuları vilayət administrasiyasına və yerli xəstəxanaya hücum edərək orada olan bütün avadanlıqları yandırıblar. Bundan əlavə, iki təcili tibbi yardım avtomobili yandırılıb.
Xatırladaq ki, uzun illər boyunca Əfqanıstanda “Taliban” terrorçuları fəaliyyət göstərir. Terrorçular mütəmadi olaraq dövlət və xarici ölkə səfirlikləri, ABŞ ordusu və müttəfiqlərinin hərbçilərinə hücumlar təşkil edirlər. “Taliban” terror təşkilatının fəaliyyəti nəticəsində on minlərlə insan həyatını itirib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.