haberL haberR

“Taliban”-ın yeni lideri məlum oldu

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 25.05.2016 11:41:57

“Taliban” terror qruplaşmasının yeni lideri məlum olub

İslamazeri.az-ın "Ria"ya istinadən verdiyi xəbərə əsasən, Əfqanıstandakı  “Taliban” hərəkatının yeni lideri Mulavi Heybətulla Axundzadə seçilib. Əfqanıstanın Khama Press agentliyi bildirib.

Əxtar Mənsurun ölümündən sonra boş qalmış “liderlik” kürsüsünə bir neçə namizəd iddia edirdi. Onlardan ən radikalı Siracuddin Həkkani idi. Nəticədə Həkkanı yeni başçının müavinlərindən biri , şuranın qərarına əsasən, molla Yaqub isə ikinci müavin seçilib.

Qeyd edək ki, molla Yaqub, hərəkatın keçmiş lideri molla Ömərin oğludur.

Onu da qeyd edək ki, molla Ömər 2013-cü ilin aprel ayında öldürülmüşdü. Əxtar Mənsur mayın 21-i öldürülüb. Amerikan pilotsuz təyyarə Mənsurun olduğu avtomobili Pakistan ərazisində atəşə tutmuşdu. “Taliban” nümayəndələri yalnız bir neçə gün keçdikdən sonra öz “liderlərinin” ölümünü təsqiləmişdi.

Xatırladaq ki,  “Taliban” hərəkatın 1994-cü ildə Əfqanıstanda yaranmış bir hərəkatdır. 2003-cü ildə BMT-in təhlükəsizlik şurası tərəfindən terror təşkilatı kimi qəbul edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.