haberL haberR

“Taliban”: Mərkəzi Asiya ölkələri bizi maraqlandırmır

Kateqoriya: Dünya Yayımlama tarixi: 20.07.2016 16:25:21

Region ölkələri liderlərinin taliblərdən gələn mümkün təhlükə barədə etdikləri bəyanatların fonunda, qruplaşma liderləri yerli əhalini inandırıblar ki, postsovet məkanı respublikaları onları maraqlandırmır.

İslamazeri.az-ın “Khaama Press”  agentliyinə istinadən verdiyi xəbərə əsasən, Əfqanıstan “Taliban” terror təşkilatı Mərkəzi Asiya ölkələrinə müraciət yollayıb. Müraciətdə, terrorçular MDB ölkələrinin daxili işlərinə qarımayacaqlarına dair söz veriblər.

Region ölkələri liderlərinin taliblərdən gələn mümkün təhlükə barədə etdikləri bəyanatların fonunda, qruplaşma liderləri yerli əhalini inandırıblar ki, postsovet məkanı respublikaları onları maraqlandırmır. Müraciətdə deyilir ki, “Taliban” hər şeydən öncə, qonşu ölkələr ilə münasibətdə “digərlərinə zərər vermə, lakin özünə də zərər verilməsinə icazə vermə” prinsipini rəhbər tutublar.

“Bu şəkildə, bəyan edilmiş siyasətə uyğun olaraq, taliblərin Əfqanıstandakı İslam əmirliyi Mərkəzi Asiya və bütün öz qonşularını inandırmaq istərdi ki, düşmən təbliğatına əks olaraq Əmirlik digər ölkələrin daxili işlərinə qarışmağa can atmır və nəzarət altındakı ərazini kimlərəsə qarşı istifadə etməyə də icazə verməyəcək. Biz digər ölkələrlə qarşılıqlı anlayış atmosferi içərisində yaşamağa can atırıq”, – deyə terror qruplaşmasının müraciətində deyilir.

Xatırladaq ki, “Taliban” qruplaşması 1994-cü ildə yaradılıb, lakin təşkilatı öz haqda tam şəkildə iki il sonra – taliblər vətəndaş müharibəsi zamanı hakimiyyətə gələn zaman elan edib. Taliblər 5 il ayaqda qalmış İslam Əmirliyi elan etmişdilər.

2001-ci ildə ABŞ 11 sentyabr hadisəsini bəhanə kimi istifadə edərək, Əfqanıstana "Taliban" qruplaşmasını devirmək üçün soxuldu. Nəticədə taliblər geri çəkilmək məcbruyyətində qalmışdı, Əfanıstan isə əvəzində bir işğalçı qüvvənin əlindən digərinin - ABŞ-ın simasında yeni işğalçı qüvvənin əlinə keçdi.

Son zamanlar əfqan münaqişəsinə həmçinin İŞİD terror təşkilatı da qoşulub. İŞİD ölkənin şərqində yerləşən bir neçə rayona nəzarət edir.

Qeyd edək ki, bu günlərdə taliblərin mövqeləri ölkənin cənub və qismən də qərbində kifayət qədər güclüdür.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.