haberL haberR

“Taliban” Ramazan ayında hücumlarını gücləndirmək niyyətindədir

Kateqoriya: Dünya Yayımlama tarixi: 30.05.2016 17:27:05

Terrorçular göstərmək istəyirlər ki, onların liderlərinin ölümü təşkilatın fəaliyyətinə təsir etməyib.

İslamAzeri.az-ın “islam-today” saytına istinadən verdiyi xəbərə əsasən, Əfqanıstanda fəaliyyət göstərən “Taliban” terror təşkilatı, müqəddəs Ramazan ayında hücumlarını gücləndirə bilər. Ekspertlərin fikrincə, hücumları gücləndirməklə terrorçular göstərmək istəyirlər ki, onların liderlərinin ölümü təşkilatın fəaliyyətinə təsir etməyib.

“Taliban” Ramazanda hücumlarını, onların hələ ölü olmadıqlarını göstərmək üçün gücləndirəcək. Biz hər bir hücuma hazırıq. Hazırda əfqan təhlükəsizlik güclərinin hazırlığı hər zamankından daha da üstündür”, – deyə Əfqanıstan güc strukturlarının nümayəndələri qeyd edilər.

Eyni zamanda, KİV-lərdə ölkənin Hilmənd əyalətində hökümət qoşunları ilə taliblər arasında qızğın döyüşlərin getdiyi haqda xəbərlər yayılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.