"Taliban" terrorçuları humanitar təşkilatın 3 işçisini qətlə yetirdilər
Kateqoriya: Yaxın Şərq
Yayımlama tarixi: 04.06.2016 10:19:05

İslamazeri.az-ın "RİA" agentliyinə istinadən verdiyi xəbərə əsasən, terrorçular Əfqanıstanın mərkəzi hissəsində yerləşən Pərvan əyalətində humanitar təşkilatın 3 işçisini öldürüblər.
Yerli hakimiyyətin məlumatına əsasən, hadisə ötən gün Şeyx Əli rayonunda baş verib. Yaraqlılar avtomobili saxlayaraq, içəridə əyləşmiş 2 kişi və 1 qadını güllələyiblər. Məlum olub ki, öldürülmüş şəxslər, Focus Humanitarian Assistance qeyri-ticari humanitar təşkilatına işləyirdilər. Onların milliyətləri haqda məlumat verilmir.
“TOLO news” telekanalı bildirir ki, Pərvan əyalətinin polisi bu gün radikal “Taliban” hərəkatının 3 döyüşçüsünü saxlayıb. İlkin ehtimala əsasən, onlar məlumat cinayəti törədiblər. Məlum işin araşdırması davam etməkdədir.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.