"Taliban" yenə hücuma keçdi, çox sayda əfqan əsir götürülüb
Kateqoriya: Yaxın Şərq
Yayımlama tarixi: 02.06.2016 15:13:01

İslamazeri.az-ın "TOLO News" telekanalına istinadən verdiyi xəbərə görə, hadisə ötən gün axşam Bəlxab rayonunda baş verib.
Əyalət qubernatorunun təmsilçisi Zəbihullah Amani bildirib ki, qaçırılmış heç bir insanın hökümətlə əlaqəsi yoxdur, Taliblər bütün qadın və uşaqları sərbəst buraxıblar. O, əlavə edib ki, polis qaçırılmış kişiləri axtarır, lakin onların olduğu yer haqda hələ heç bir məlumat yoxdur.
Xatırladaq ki, həftənin ikinci günü də terrorçular 4 avtobus, 3 furqon və avtomobilə hücum ediblər. Ümumilikdə bütün maşınlarda təxminən 200 nəfər olub. Yaraqlılar, hadisədən dərhal sonra başlamış danışıqlardan sonra əsir tutduqları insanların çoxunu azad edib. Son məlumatlara əsasən, hücum nəticəsində 17 nəfər dünyasını itirib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.