"Taliban"dan yenə terror: körpə uşaq da daxil olmaqla 8 nəfər həyatını itirdi
Kateqoriya: Yaxın Şərq
Yayımlama tarixi: 07.06.2016 10:26:50

İslamazeri.az-ın TASS-a istinadən verdiyi xəbərə əsasən, Əfqanıstanın şimalında yerləşən Sari-Pul əyalətində "Taliban" terror qruplaşması tərəfindən təşkil edilmiş hücum nəticəsindən Əfqanıstanın Sənçərək rayonunun milli təhlükəsizlik direktoratının başçısı da daxil olmaqla 8 nəfər dünyasını dəyişib.
Telekanalın məlumatına əsasən, hadisə bu gün səhər saatlarında əfqan xüsusi-xidmət orqanının nümayəndəsi dəfn mərasimindən evə qayıdarkən baş verib.
“Əfqanıstanın Sənçərək rayonunun milli təhlükəsizlik direktoratının başçısı, departament xidmətçisi, 4 hərbçi və 1 körpə həyatlarını itiriblər.” – deyə əyalət təhlükəsizlik xidmətinin nümayəndəsi Enayətullah Həbibi bildirib.
Taliban hərəkatı hələ ki, hadisənin məsuliyyətini öz üzərinə götürməyib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.