haberL haberR

"Taliban"nın bəzi alimləri Molla Ömərin sağlığına dair sübut tələb ediblər

Kateqoriya: Dünya Yayımlama tarixi: 06.07.2015 17:00:17

Alimlər qrup rəhbər Molla Ömərdən diri olduğunu sübut etmələrini tələb ediblər

İslamazeri.az-ın “Alalam”-ə istinadən verdiyi xəbərə əsasən, "Taliban"a bağlı olan bir sıra alimlər qrup rəhbərini təhdid ediblər.

Alimlər qrupu rəhbər Molla Ömərdən diri olduğunu sübut etmələrini tələb ediblər. Bunu video ilə sübuta yetirilmədiyi surətində İŞİD lideri Əbubəkr Bağdadiyə beyət edəcəklərini bildiriblər.

"Taliban" sərkədəsi Əbutalib Xorasani yazdığı məktubda bildirib: “Biz bir sıra alimlərlə Molla Ömərin halını öyrənmək üçün onun oğlunun yanına getdik. Lakin o, bizi cavabsız qoydu. Onun öldüyünü ehtimal edirik. Bir halda ki heç kim bu barədə bizə məlumat verməyib. Məcbur olub qardaşları ilə də görüşdük, lakin onların da bir xəbəri yox idi”.

Məktubda iyun ayının 3-dək cavab gözlədiklərini bildirən qrup üzvləri bu günədək yeni xəbər əldə etmədiklərinin bildiriblər.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.