haberL haberR

Tanınmış din alimləri Minadakı faciədən danışdılar

Kateqoriya: İslam Yayımlama tarixi: 28.09.2015 17:08:39 4426 dəfə oxunub.

İslama aləminin iki nüfuzlu ruhanisi Minada baş verən acı hadisə ilə bağlı açıqlama veriblər

İslamazeri.az-ın “Mehr”-ə istinadən verdiyi xəbərə əsasən, Qum hövzəsinin iki böyük alimi Ayətullah Cavadi Amuli və Ayətullah Vəhid Xorasani Minada baş verən hadisə ilə bağlı danışıblar.

 

Ayətullah Cavadi Amuli özünün təfsir dərsində həyatını itirmiş şəxslərin ailələrinə başsağlığı verərək deyib: “Bu hadisə ilə bağlı başda imam Zaman (ə.f.) olmaqla bütün İslam ümmətinə başsağlığı veririk. Dünyasını dəyişmiş şəxslər üçün Allahdan bağışlanma istəyirəm. Bu hadisə hərəmin xadimlərinin yalnış idarəçiliyindən irəli gəldi. O məkan Allahın təhlükəsiz adlandırdığı bir məkandır. Bu o məkanın müqəddəsliyini göstərir. Kəbənin qorunma işləri müsəlmanların özünə tapşırılmalıdır. Əmin-amanlıq adlandırılan məkanın çörəyini, onun təhlükə altında ola-ola yeyənlər hərəmin qulluqçusu olmağa laiq deyillər. Elə bu səbəbdən İslam ümmətinə vacibdir ki, müsəlmanların qiblələrini qorumaq işini öz öhdələrinı götürsünlər. Dünyada İslam ümmətinin oyanmasının şahidiyik. İnsan haqlarından dəm buran təşkilatlar bu şəxləri Peyğəmbər hərəmindən uzaqlaşdırmalı və məsuliyyəti İslam ümmətinin öhdəsinə buraxmalıdırlar. Belə olan halda müsəlmanların acı hadisələrlə üzləşmə hadisələri azalmış olar. Biz İslam ümmətinin oyanışına və İlahi əhkamın müvəffəq olmasına inanırıq.”

 

Digər təqlid mərcəsi Ayətullah Vəhid Xorasani isə bu barədə deyib: “Hər kim Allah və Rəsuluna tərəf hicrət edər və ölümü yetişərsə, onun əcrini Allah özü verəcək. Xoş Allah səfərində bu ayəyə şamil olan kəslərin halına. Hansı ki, möminlərin əmiri onlar barədə deyir: Allah bəndələri içindən onun səsinə səs verənləri, sözünü təsdiqləyənləri, Peyğəmbərinin dayandığı yerdə duranlar və mələklərin ərşdə etdiklərini yerdə edənləri seçmişdir. Bu cümlələri anlamaq çox çətindir. Bu müsibətə səbr edənlər səadət əhlidir və ilahi şəfaətə nail olanlardır.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.