haberL haberR

Tanınmış jurnalistin qardaşları həbs edildi

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 14.10.2015 14:56:01

Daxili İşlər Nazirliyi şairə Günel Mövludun qardaşlarının həbsi barədə açıqlama verib
Daxili İşlər Nazirliyi şairə Günel Mövludun qardaşlarının həbsinə aydınlıq gətirib. İslamazeri.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya dünən polis orqanlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən müvafiq tədbirlər nəticəsində Vəkil İmanov Biləsuvar rayonunda, onun qardaşı Raci İmanov isə Sumqayıt şəhərində saxlanıldıqları bildirilib: "Hal şahidlərinin iştirakı ilə üzərilərinə keçirilən baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb. Hazırda hər iki faktla bağlı araşdırmalar aparılır".
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.