haberL haberR

Tanınmış polis generalı təqaüdə göndərildi

Kateqoriya: Ölkə Yayımlama tarixi: 09.07.2016 13:45:07

Məlumatı DİN-dən təsdiqləyiblər.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov yaş həddinə görə təqaüdə göndərilib.

İslamazeri.az APA-ya istinadən bildirir ki, C.Məmmədov bu vəzifəyə 2001-ci ilin iyun ayından təyin olunub.

C.Məmmədov 1976-cı ildən daxili işlər orqanlarında xidmət edib. 1989-1992-ci illərdə Bakı Şəhəri Baş Polis İdarəsinin rəis müavini, 1992-1993-cü illərdə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin rəisi, 1993-cü ildə isə Bakı Şəhəri Baş Polis İdarəsinin rəisi vəzifələrində işləyib.

O, ictimai təhlükəsizliyin qorunması, sabitliyin bərqərar olunmasında, habelə respublikamızda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə uğurlu nəticələrə və müsbət göstəricilərə, həmçinin uzun illər səmərəli və qüsursuz xidmətlərinə görə ölkə və DİN rəhbərliyi tərəfindən müxtəlif mükafatlara layiq görülüb.

Məlumatı DİN-dən təsdiqləyiblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.