haberL haberR

Tanınmış politoloq Səudiyyənin Yəmənə hücumunu belə təhlil edir

Kateqoriya: Təhlil Yayımlama tarixi: 27.03.2015 13:53:02 4344 dəfə oxunub.

Tanınmış politoloq Əbdul-bari Ətvan Yəmənə edilən hücumu təhlil edib

İslamazeri.az-ın “əl-Aləm”-ə istinadən verdiyi xəbərə görə, “Ray əl-Yəum” qəzetinin baş redaktoru Əbdul-bari Ətvanın Yəmənə edilən hücumun təhlilini təqdim edir: “Yəmənə hücum Səudiyyə Ərəbistanının siyasətinin dəyişməsini bildirir. Onlar artıq zor tətbiq etmək istəyirlər və bu Ərəbistanın gələcəyini ciddi təhlükə altında saxlayır. Bəli, Səudiyyə Ərəbistanını ordu və silah cəhətindən yəmənlilərdən üstündürlər. Lakin, bu qələbə üçün yetərli deyil. Yəmən bölgədə özünəməxsus coğrafi mövqeyə sahibdir və tarix boyu heç bir qüvvə onu işğal edə bilməyib. Yəmənlilər, istər "Husi"lər, istərsə də qeyriləri çox güclü döyüşçüdürlər. Səudiyyə rejimi 10 ölkəni arxasına ala bilsə də, Yəməni də müdafiə edənlər kiçik dövlətlər deyil. İran, Rusiya, İraq və Suriya. Bu cür məsələlərdə xarici koalisiyadan daha mühüm olan daxili vəhdətdir. "Husi"lər Əli Abdullah Salehin vəfalı və güclü ordusu ilə vəhdət və qardaşlıq içindədirlər. Lakin əks tərəfin liderliyini zəif, təcrübəsiz və hörmətdən uzaq olan Mənsur Hadi üstlənib. Öz ölkəsini izzətlə və şəhadət ruhiyyəsi ilə müdafiə edənlərin mənəvi gücü və təcrübəsi əlbəttə ki digərlərindən daha çox olacaq. Maraqlısı burasındadır ki, Səudiyyə Ərəbistanı “qanuni” prezident Mənsur Hadini müdafiə etmək məqsədi ilə hücuma keçib. Lakin sual vermək lazımdır ki, qanuni və ya qeyri qanuniliyi kim, necə təyin edir? Əgər demokratiyadan dəm vururlarsa, bəs niyə Mursi kənarlaşdırılanda bu addımı gərçəkləşdirmədilər? Bunu etiraf etmək lazımdır ki, Ərəbistan həqiqətdə İran əleyhinə hücum edib. Onlar İranın ərəb ölkələrində İraq, Suriya, Yəmən, Livan və Fələstində qazandığı hörməti aradan aparmaq istəyirlər. Lakin görəsən bunun bir xeyri olacaqmı? "Husi"lərin ordu gücü güclü olmasa da, Livan “Hizbullah”ı və HƏMAS-ın təcrübələrindən yararlana bilər. İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Ələddin Burucerdinin “Bu alov Səudiyyəni də yandıracaq!”- sözləri Səudiyyə Ərəbistanı üçün mühüm bir mesaj idi. Ərəbistan bilməlidir ki, Yəmən arı pətəyi, daha doğrusu, zəhərli ilanların yuvası olub və olacaqdır. Ən gözəli bu yuvaya yaxınlaşmamaqdır. İraq böhranı 10 il, Suriya 4 il çəkdisə, Yəmən böhranının neçə il davam edəcəyini Allah bilir”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.