haberL haberR

Tanışını öldürən şəxsə hökm oxundu

Kateqoriya: Kriminal Yayımlama tarixi: 11.03.2015 15:55:06

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Vadim Naumovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb

Məlumata görə, məhkəmənin hökmü ilə V.Naumov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən  il sentyabrın 25-də Nərimanov rayonu Ağa Nemətulla küçəsi 23-də baş verib. Həmin ünvanın qarşısında daimi yaşayış yeri olmayan və küçələrdə tüfeyli həyat tərzi keçirən Vadim Naumov tanışı Rauf Hacıyevi boğaraq qətlə yetirib.

 

O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilib.(apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.