haberL haberR

Tarix bir fərqlə təkrarlandı: Terrorçular Quranı nizəyə deyil, avtomata taxdılar Foto

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 04.05.2016 12:02:18

İslam tarixində olmuş bir hadisə Suriyada təkrarlandı

İslamazeri.az xəbər verirki, Şərqi Qutada bir qruplaşma özlərinin Qurana bağlı olduqlarını və müsəlmançılıqlarını dünyaya isbat etmək məqsədilə Quran kitablarını öz silahlarına taxıblar. Bu fotolar sosial şəbəkələrdə Şərqi Quta ilə bağlı verilən bir xəbərdə yayımlanıb. Sosial şəbəkə istifadəçiləri bu fotoların tarixi bir hadisəni insanlara xatırlatdıqlarını bildiriblər.  

Tarixdə Siffeyn döyüşündə bu hadisə baş verib. Siffeyn çölündə İmam Əlinin ordusu ilə Müaviyənin ordusu  üzləşdi və beləcə, iki ordu arasında ağır döyüş baş verdi. Döyüşdən bir neçə gün sonra, İmam Əlinin (ə) ordusu qələbəyə bircə addım qalmış, Əmr ibn As(red: Müaviyənin vəziri) məğlubiyyətdən qurtulmaq üçün hiyləyə əl atdı və Qurani-Kərimi nizələrin ucuna taxaraq İmam Əlinin (ə) ordusu arasında ixtilaf və təfriqə saldı. Müaviyənin ordusundan beş yüzə yaxın döyüşçü Quranı nizələrə taxıb sıralarını Quranla bəzəyərək, belə fəryad etməyə başladılar: “Ey İraq Əhli! Bizimlə sizin aranızda hakim Allahın kitabıdır.( Bundan sonra məhz xəvariclər meydana gəldi və hər kəsi təkfir edirdilər.)  İmam Əli (ə) onlara xitabən buyurdu: “Döyüşə davam edin, müqavimət göstərin ki, qələbə yaxındır. Onların dəvətinə etina etməyin ki, hiylə və məkrdən başqa bir şey deyil!… Mən onlarla məhz Quranın hökmünə qarşı olduqlarına görə döyüşürəm… Mən onları (Müaviyə, Əmr ibn As və başqalrını) sizdən yaxşı tanıyıram.” Lakin hiyləyl əaldananlar İmam Əlinin (ə) sözünə qulaq asmayaraq hiyləylə aldanmış oldular və beləcə Müaviyə məğlubiyyətdən canını qurtara bildi.

Şərqi Qutada nə baş verir?

Bir müddətdirki, bu bölgədə Suriya ordusu, Livan Hizbullahı və "Nusra cəbhəsi" və "Ceyşul İslam" adlı qruplaşmanın terrorçuları arasında döyüşlər gedirdi. Suriya ordusu və Livan Hizbullahı bu ərazilərdən müvəqqəti çəkildikdən sonra isə, əraziləri itirməmək və daha çox qənimət məqsədilə terrorçular arasında da döyüşlər başlayıb. İki tərəfin itkisinin 300 nəfər olduğu önə çəkilir, "Nusra cəbhəsi" həmçinin "Ceyşul İslam"ın 700 döyüşçüsünü əsir götürdüyünü elan edib.

Tarix bir fərqlə təkrarlandı: Terrorçular Quranı nizəyə deyil, avtomata taxdılar - Foto

/haberimaj/habergaleri/6R3C5M6O5Z2D.JPG
  1. Tarix bir fərqlə təkrarlandı: Terrorçular Quranı nizəyə deyil, avtomata taxdılar - Foto

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.