Tavanı çökən yataqxanadan reportaj - VİDEO

Hadisə nəticəsində otaqda məskunlaşan ailənin iki üzvü - Şəhla Məmmədova və 5 yaşlı uşağı xəsarət alıb.
Qafqazinfo-nun əməkdaşları sözügedən yataqxanaya gedərək vəziyyətlə tanış olublar. Məlum olub ki, məcburi köçkünlər 25 ildir ki, həmin binada yaşayırlar. Əvvəllər bina yaşanılası vəziyyətdə olsa da, son illər bərbad vəziyyətə düşüb. Yataqxanada antisanitar vəziyyət hökm sürür. Elə bu səbəbdən də bu günlərdə 6 aylıq uşaq dünyasını dəyişib.
136 ailənin məskunlaşdığı uçuq-sökük yataqxanada siçovulların, zərərli həşəratların, üfunət qoxusunun əlindən dayanmaq mümkün deyil. Uşaqların, valideynlərin bədənləri yara töküb.
Şuşadan olan məcburi köçkün Xocayeva İlduzə bildirib ki, dəfələrlə aidiyyatı qurumlara problem barədə müraciət edilib: "Bir neçə dəfə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binanın qəzalı vəziyyətdə olduğunu deyiblər. Burada bir dəqiqə belə yaşanılası deyil. Bütün uşaqların, o cümlədən bizim həyatımız təhlükədədir. Hər an hansısa qəlpə uçub başımıza düşə bilər. Ötən ay nəvəmin başına qəlpə düşdü, 8 yerdən tikiş qoydular.
3 ay bundan əvvəl Qaçqınkomdan dedilər ki, əşyalarınızı yığın, sizi köçürdəcəyik. 3 gün əvvəl də gəlib eyni sözü dedilər. Hamı "veş-vüş"ünü yığıb. Amma köçürdən yoxdur. Bizi Nazirlər Kabinetinin yanına getməyə qoymurlar. Cənab prezidentdən xahiş edirik ki, acınacaqlı vəziyyətimizi nəzərə alsın, dözülməz həyat şəraitindən bizləri xilas etsin".
Ötən gün uşağı xəsarət alan ev sahibi Rəsul Məmmədov hadisənin baş vermə anından danışıb: "Axşam çörək yediyimiz yerdə tavandan iki-üç daş uşağın başına töküldü. Pol taxtasını tavana vurdum. Şarıltıyla bir kilo yarımlıq daşlar töküldü.
Uşağı xəstəxanaya çatdırdıq. İndi qorxusundan evə gəlmək istəmir".
Qeyd edək ki, çəkiliş zamanı Fövqəladə Hallar Nazirliyinin, Xəzər Rayonu İcra Hakimiyyətinin nümayəndələri də hadisə yerinə gəldilər. Ancaq FHN-in rəsmisi binadakı vəziyyətlə bağlı suallarımıza cavab verməkdən imtina etdi.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.