haberL haberR

Təbriz və Ərdəbilin imam cümələri "Xobreqan" məclisinə seçilib (Nəticələr)

Kateqoriya: Region Yayımlama tarixi: 28.02.2016 13:54:51

İranda keçirilən “Xobreqan” və islami şura məclisinin seçkilərinin qeyri-rəsmi nəticəsi bəlli olub

İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə əsasən, marağla gözlənilən seçkilərin nəticələri rəsmi olaraq bildirilməsə də, qeyri rəsmi olaraq bəlli olub.

Verilən məlumata görə, milliyətçə azərbaycanlı olan Təbriz şəhərinin imam cüməsi Ayətullah Şəbistəri və  Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amuli, Məşhəddən imam cümə Ayətullah Ələmul-huda, Ayətullah Seyid Şahrudi, Mazandarandan Ayətullah Amuli Laricani, paytaxt Tehrandan isə Ayətullah Rəfsəncani, Həsən Ruhani, Ayətullah İmami Kaşani, Ayətullah Müvəhhidi Kermani, Ayətullah Əhməd Cənnəti və digərləri “Xobreqan” məclisinə daxil ola biliblər.

Bəzi saytların məlumatına görə, bu ilki seçkilərdə Ruhani hökümətini sərt tənqid edən Ayətullah Misbah Yəzdi "Xobqeqan" məclisinə daxil ola bilməyib.

Ümumilikdə "Xobreqan" məclisində mühafizəkarlar səs çoxluğu ilə irəlidədirlər.

Tehran və ətraf rayonların seçiciləri ən çox Ayətullah Rəfsəncani və Həsən Ruhaniyə səs veriblər.

İslami Şura məclisində də, islahatçılar ən çox Tehranda səs toplaya biliblər, ancaq qeyri-rəsmi məlumatlara görə, bütün ölkə olaraq mühafizəkarlar islahatçılara nisbəttə irəlidədirlər. 

Qeyd edək ki, ekspertlərin fikirinə görə, islahatçılar "Xobreqan"a nüfuz edərəlk rəhbərlik sisteminə yenilik gətirmək istəkləri baş tutmamış sayılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.