haberL haberR

Təhlükə hiss edən şəxsə Həcc vacib deyil - Ayətullah Qorqani

Kateqoriya: Region Yayımlama tarixi: 26.05.2016 17:25:18

İslam dünyasının nüfuzlu təqlid mərcəsi Həcc mərasimi barədə fikirlərini bildirib.

İslamazeri.az-ın "Farsnews"-a istinadən verdiyi xəbərə əsasən, Qumun nüfuzlu mərcəiyyətindən olan Ayətullah Seyid Ələvi Qorqani Səud rejiminin Həcc ziyasərti ilə bağlı addığı addımlara işarə edərək deyib: "Səud kral və şahzadələrini Hərəmin xadimi adlandırmaq gülüncdür. Çünki onlar adda müsəlman olsa da, Sionist rejimi ilə müttəfiqdirlər və Yəmənin günahsız xalqını bombardman edirlər. Onların addığı  addımları dəlilik adlandırmaq olar. "

Həcc ziyarətinin məsələlərinə toxunan mərcəi təqlid müctehidi"Kimsə Ərəbistana getmək barədə hər hansı təhlükə hiss edərsə, Həcc ona vacib deyildir. Nəfsimizi kənara qoyarsaq məzhəblər arası ixtilaflar həll olacaqdır. Şiə-sünnü vəhdəti əqidələrimizi qəbul etmək mənasında deyil. Sülh və əminamanlıq içində yaşamaq deməkdir." , -deyə bildirib.
Bütün islam ölkələrində olan müsəlmanları Ayətullah Xameneiyə tabe olmağa çağıran Ayətullah Qorqani deyib: "Mənim Bəhreyndə çox sayda müqəllidim var. Onlar məndən cihad fətvasını verməyimi istədilər. Mən isə Ayətullah Xameneiyə tabe olmalarını və onun göstərişləri ilə hərəkət etmələrinin zəruriliyini bildirdim."

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.