haberL haberR

Tehran 100 Boeing təyyarəsinin alınması haqda sazişi təsdiqləyib

Kateqoriya: Region Yayımlama tarixi: 20.06.2016 10:56:44

Buna etiraz olaraq ABŞ Respublikaçılar partiyasının iki üzvü şirkətə məktub göndərib

İslamazeri.az-ın "Ria.ru"ya istinadən verdiyi xəbərə əsasən, İran vətəndaş aviasiyası təşkilatının başçısı Əli Əbedzadə bildirib ki, İran hakimiyyəti rəsmi şəkildə Tehran və Boeing, adı çəkilən şirkətin 100 sərnişin təyyərəsinin alınması haqda razılığa gəliblər.

“Ölkəmizdə 250 təyyarə var, 230-nu (yenisi ilə) dəyişmək lazımdır.”, – deyə Əbedzadə bildirib. Məmur həmçinin bildirib ki, razılığın həyata keçməsi üçün, ABŞ hakimiyyəti onu ilk öncə təsdiqləməlidir.

Həftənin çərşənbə axşamı  KİV-lər bildirmişdilər ki, İran Boeing konserni ilə 100-dən çox sərnişin təyyarəsinin alınmasına dair ilkin razılığa gəliblər. Məlumata əsasən, razılıq amerikan höküməti tərəfindən təsdiqlənməlidir. Alış ya birbaşa ödəmə, ya da lizinq yolu ilə həyata keçirilməlidir. Cümə günü məlum olub ki, Respublikaçılar partiyasının iki üzvü, şirkətə məktub göndəriblər. Məktubda razılığa qarşı çıxılıb, belə ki, onların (Respublikaçıların) fikrincə anlaşma ölkənin milli təhlükəsizliyini təhdid edə bilər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.