haberL haberR

Tehranın bu həftəki imam-cüməsi Ayətullah Kaşani öz xütbəsində Ali-Səud rejimini tənqid edib

Kateqoriya: Dünya Yayımlama tarixi: 13.08.2016 10:58:15

Tehranın bu həftəki cümə xətibi Ayətullah Muhəmməd İmami Kaşani olub.

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, axirəz-zamanda baş verəcək olan hadisələrə? Qurana istinad edən imam-cümə bildirib: “Quran bəzi ayələrində gələcəkdə baş verəcək hadisələrdə danışır. Zülmlər, hiylələr və təhlükəsizliklər bu qəbildən olan hadisələrdir. Bu hadisələrin pik həddi imamın (ə) zühuru zamanı baş verəcəkdir. Ali-Səud özünü hərəmin xadimi olaraq təqdim edir. Bu rejim dünyanın başına hansı oyunları açıb? Öncələr niqabda olsalar (pərdələnsələr də - red.) da, Allah onları ifşa etdi. Onların Yəmənə etdiklərinə, İŞİD-ə verdikləri tərbiyəyə bir baxın! İslam dünyasını məhv etmək istəyən ABŞ və İsrail rejimi bu gün bunu Ali-Səudunun pulu ilə edir. Haqq hamıya bəlli olacaqdır. Kaş bütün dünya şiə kimi imamı (ə) gözləyəydi. Onun diri olduğuna, məsələləri izlədiyinə və proqram hazırladığına inanardılar.”

Ayətullah Kaşani İran xalqının bu düşüncəsi və vilayəti-fəqih nəzəriyyəsinə inanmasını bölgədə təhlükəsiz ölkə olmasının əsas şərtləri olaraq açıqlayaraq bildirib: “Mən islam dünyasına tövsiyə edirəm ki, rəvayətlərə xüsusi diqqət yetirsinlər. Xüsusən cümə günləri məscidlərdə bu məsələni xalqın diqqətinə çatdırsınlar. Düşmənin bizə nüfuz edə bilməyəcəyi şəkildə irəliləməliyik. Ayətullah Xameneinin də vurğuladığı məsələ məhz budur. Müsəlmanlar kasıb olmamalıdırlar.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.